Sosial
06.04.2018 / 15:23

Bu məhəllədə 500 iş yeri açılıb - FOTO

Bu məhəllədə  500 iş yeri açılıb -
Son üç ildə ölkə regionlarında nə az, nə çox 4 sənaye məhəlləsinin təməli qoyulub. İnnovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətini artırmaq iddiası olan bu investisiya mərkəzləri üçün yüksək miqdarda maliyyə ayrılıb. Məqsəd isə birdir: Kiçik və orta sahibkarlığa dəstək...

İnform.az-ın xəbərinə gorə, qafqazinfo-nun müxbiri daxil olmaqla bir qrup jurnalist və ekspertlər sənayə məhəllələri ilə yaxından tanış olmaq üçün Neftçalaya yollanıb.

İstehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılan məhəllənin əsas 9 texno sakini var. Bununla belə, tələbata uyğun olaraq məhəllənin ərazisinin genişləndiriləcəyi gözlənilir. Hazırda Sənaye Məhəlləsində ümumilikdə 500 daimi iş yeri yaradılıb.

Məhəllədə yerləşən sənayə müəssisələri ilə tanış olaq.

Bu məhəllədə  500 iş yeri açılıb -

“Khazar” Avtomobil Zavodu

Məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan zavodda 300 nəfər işlə təmin olunub.

Ümumi dəyəri 15 milyon dollar olan “Khazar” Avtomobil Zavodunun səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. Hazırda zavodda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. Avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğun olan avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.

“Toğrul-2008” MMC- polietilen suvarma boruları müəssisəsi


100 min manat investisiya hesabına yaradılan müəssisənin illik dövriyyəsinin 290 min manat olacağı nəzərdə tutulub. Zavodun istehsal gücü isə 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.

Bu məhəllədə  500 iş yeri açılıb -

“Gilan PİVOT” MMC - dairəvi suvarma sistemləri

Müasir texnologiyalar əsasında istehsal edilən suvarma aparatları hazırda fermerlər tərəfindən sifariş olunur. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin istehsal gücü illik 20 min hektar ərazinin suvarılması üçün 60-80 suvarma sisteminin quraşdırılmasıdır. İstehsal mərhələli şəkildə aparılır.Bir sistem 800 metrə kimi uzana bilir. Bu, həm suyun qənaətinə, həm də suvarma üçün lazım olan işçi qüvvəsinin azalmasına gətirir. Hacıqabul və Biləsuvar rayonlarında sifarişlər olub və 100-dən çox PİVOT quraşdırılıb. 1 hektar üçün 1050-1090 dollar civarında maliyyə tələb olunur

“Azproduct” MMC - balıq emalı və konservləşdirilməsi

İldə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. 1,7 milyon manat investisiya qoyulan müəssisədə hazırda 40 nəfər işlə təmin olunub.

Bu məhəllədə  500 iş yeri açılıb -

Balıqların Neftçala ərazisində yetişdirilməsi üçün 3 min hektarlıq təsərrüfat sahəsi də var. Zavod Azərbaycan bazarına daxil olan 20 min tona yaxın soyudulmuş və dondurulmuş balıq məhsullarının 4 tonunu yerli məhsulla əvəzləyə bilər.
Zavod konserva məhsullarında isə ölkə bazarında yer alan xarici məhsulları eyni standartlara cavab verməklə 100% əvəz edə bilər. Belə ki, ölkəyə 12 milyon ədəd konserv məhsulu girir və zavodun istehsal gücü də elə bu qədərdir.
Artıq müəssisə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC ilə balıq konservlərinin satışına dair 2,3 milyon manat dəyərində müqavilə də imzalanıb.

“Providence Limited” MMC - modul tipli məktəblər

Modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olan müəssisəyə 80 min manat investisiya yönəldilib. Azməsrəfli olan bu məktəblər qısa müddət ərzində istənilən relyefdə quraşdırılır. Qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır. Hazırda Balakən, Sabirabad, Şəki, Quba, Qusar və bir çox rayonlarda 100 qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəz edilib.

Neftçala balıq yemi istehsalı zavodu

İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib.

Bu məhəllədə  500 iş yeri açılıb -

“Sun Rise Production” MMC – kağız stəkanlar və hazır içkilər istehsalı

Zavoda xammal Türkiyədən gəlir. Hazırda müəssisədə iki stəkan hazırlayan maşın var və bir gün ərzində istehsal gücü 40 mindir.

Azərbaycanda ilk dəfə olaraq zavodda çay və kofeli stəkan istehsal olunur. Hazırda əsas ketrinq şirkətləri ilə əməkdaşlıq edən müəssisə bu vaxta kimi 600 min, ay ərzində isə 70 min satış edib. Hazırda əsas məqsəd dizaynı dəyişərək marketlərə çıxış əldə etməkdir.

Ümumilikdə boş stəkanların qiyməti 3-4, qara çayla birlikdə isə 9 qəpikdir.

Bu məhəllədə  500 iş yeri açılıb -

Sənaye Məhəlləsindəki müəssisələrlə yaxından tanış olan ekspert Vüqar Bayramov bu addımı sahibkarlar üçün yeni bir imkan kimi qiymətləndirir:

“Dövlət sahibkarın fəaliyyət göstərməsi üçün lazım olan bütün infrastrukturu formalaşdırıb. Nəticə etibarı ilə sahibkar formalaşdırılmış infrastrukturdan istifadə edir. Həm də sahibkar vergi güzəştləri dən yararlanır. Nəinki vergi ödənişləri, texnologiyanı ölkəyə gətirən zaman güzəşt əldə etmək imkanı qazanır.

Azərbaycanda avtomobil istehsalının təşkil edilməsi qeyri neft sektorunda kifayət qədər innovativ müəssisənin istehsalı kimi qiymətləndirilməlidir. İllik 7 min avtomobilin istehsal edilməsi bir tərəfdən idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir. Nəticədə idxal olunan avtomobillərin bir hissəsi yerli bazar hesabına ödəniləcək.

Bundan başqa, yeni brendin yaradılması ekonom avtomobillərin qiymətlərinə təsir göstərəcəyi gözlənilir”.

İnform.az

Baxış sayı: 259