Dünya, Hüquq
06.04.2018 / 11:52

Sabiq preziden azadlıqdan məhrum edildi

Sabiq preziden azadlıqdan məhrum edildiCənubi Koreyanın sabiq prezidenti Pak Kın He 24 il müddətinə azadlıqdan məhrum edilib.

"Report"-ın TASS-a istinadən verdiyi xəbərə görə, o, ölkənin Cinayət Məcələsinin 18 maddəsi ilə ittiham olunub.

Məhkəmə Pak Kın Heyə qarşı irəli sürülən ittihamların çoxunu qüvvədə saxlayıb.

Qeyd edək ki, o, dövlət sirlərini açıqlamaqda, pul tələb etməkdə, rüşvət almaqda, eləcə də vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilinib.

İnform.az

Baxış sayı: 220