İdman
06.04.2018 / 11:28

Tennisçilərimiz Türk Şurası Üniversitet İdman Oyunlarında istirak edəcək

Tennisçilərimiz Türk Şurası Üniversitet İdman Oyunlarında istirak edəcək
Bakıda Türkiyə, Qırğızıstan, Qazaxıstan idmançılarının iştirakı ilə Türk Şurası Universitet İdman Oyunları keçirilir.

İnform.az Azərbaycan Stolüstü Tennis Federasiyasının Mətbuat xidmətinin məlumata görə, stolüstü tennis yarışları 7-9 aprel tarixlərində Şüa İdman Sağlamlıq kompleksində keçiriləcək.

Stolüstü tennis yarışlarının ilk günündə kişi və qadınlardan ibarət komandamız Qırğızıstan, ikinci günündə isə Türkiyə millisi ilə qarşılaşacaq. Daha sonra turnir şəxsi yarışlar ilə davam edəcək.

Turnirə aprelin 10-da yekun vurulacaq.

İnform.az

Baxış sayı: 214