Dünya
06.04.2018 / 11:21

“Moskva heç vaxt Vaşinqtonun dostu olmayacaq” - Heyli

“Moskva heç vaxt Vaşinqtonun dostu olmayacaq” -“Moskva heç vaxt Vaşinqtonun dostu olmayacaq, lakin Amerika tərəfinə səmərəli olduğu halda biz Rusiya ilə qarşılıqlı fəaliyyətə yol veririk”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“Bizim ölkədə Rusiyanın bizim dostumuz olub-olmaması barədə siyasi mübahisələr aparılır. Əslində, bu, doğru mübahisə predmeti deyil, Rusiya heç vaxt bizim dostumuz olmayıb və olmayacaq. Lakin buna baxmayaraq bu, bizim Rusiya ilə işləmək istəməməyimiz mənasına gəlmir”, - deyə Heyli bildirib.

O qeyd edib ki, ABŞ Rusiya ilə bu, yalnız onun özünə lazım olduqda əməkdaşlıq edir və lazım olduqda Rusiyaya zərbə də endirə bilər.

İnform.az

Baxış sayı: 263