Hüquq
06.04.2018 / 10:41

Qadını qətlə yetirən şəxs tutulub.

Qadını qətlə yetirən şəxs tutulub.Beyləqanda qadını tamah məqsədilə qətlə yetirən şəxs tutulub.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, aprelin 3-də Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

İnform.az

Baxış sayı: 226