Ədəbiyyat
05.04.2018 / 22:30

Tanınmış ziyalı Mirhaşım Talışlı vəfat edib

Tanınmış ziyalı Mirhaşım Talışlı vəfat edibRespublikanın Əməkdar müəllimi, zəngin ədəbi-tarixi bilgiyə sahib olan ziyalı Mirhaşım Talışlı vəfat edib.

İnform.az-ın xəbərinə görə, filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü, ədəbiyyatşünas alim Mirhaşım Talışlı bu gün saat 20.30 radələrində doğulub boya-başa çatdığı doğma Lənkəranda dünyasını dəyişib.

Talışlı Hacı Mirhaşım Mirmurtuza oğlu 1926-cı ildə Lənkəran rayonunda, martın 22-də anadan olub.

Maarifsevər ziyalılar kimi tanınmış Axund Mirmustafa xanın nəvəsi, Mirmurtuza ağanın oğlu olaraq şeirə, sənətə , maarifə dinə, imana bağlı insanlar arasında böyüyüb,tərbiyə alıb.

Atası Mirmurtuza Talışlı hələ 1915-ci ildə Lənkəranda nəşr olunan "lətif "("Lətifələr" ) qəzetinin redaktoru olub, uzun müddət ümumtəhsil məktəblərində dərs deyib.

Zəngin ənənəsi olan ədəbiyyatımızın ən ləyaqətli təmsilçilərindən olan Mirhaşım müəllim 19-cu əsrin ortalarında Mirzə İsmayıl Qasir tərəfindən əsası qoyulmuş "Fövcül füsəha” ədəbi məclisini davam etdirərək ,Lənkəranda ədəbi yaradıcılıq məktəbi yaradıb.

On altı yaşından "Müsafir" imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik şeir yazan M.Talışlı, əruz vəzninin mahir bilicisidir, Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb.

"Dedim ki, sözüm qala" şeirlər kitabı, "125 yaşlı məktəb", "Lənkəran" kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. 2010-cu ildə “Xatirəmdə yaşayanlar” kitabı çap olunub.

Allah rəhmət eləsin!

İnform.az

Baxış sayı: 381