Diaspora Akademiyası, Baş xəbər
05.04.2018 / 17:59

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib- Estoniyada

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib-

Estoniyanın Tallinn şəhərinin Vormsi mədəniyyət mərkəzində“Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) və Estoniya Respublikasının yaranmasının 100 illiyi qeyd edilib.

Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, tədbirdə çıxış edən diaspor təşkilatının rəhbəri Niyazi Hacıyev AXC haqqında danışaraq respublikanın mövcud olduğu 23 ay ərzində bir çox sahələrdə əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib.

O, habelə Azərbaycan-Estoniya əlaqələrindən bəhs edərək istər sovet dövründə, istərsə də müstəqillik dövründə bu əlaqələrin daimyüksələn xətt üzrə inkişaf etdiyini qeyd bildirib.Daha sonra Niyazi Hacıyev Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra aparılan uğurlu daxili və xarici siyasət nəticəsində inkişaf yolunda olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin, Azərbaycan Respublikasının uğurlarının bəzi çevrələr tərəfindən qısqanclıqla qarşılanması və nəticə olaraq ona qarşı çirkin kampaniyaların aparılması qeyd edilib.

Bu kampaniyanın tərkib hissəsi olan Avropada məskunlaşmış bir qrup antimilli azərbaycanlıtərəfindən dövlətə və ölkə rəhbərliyinə qarşı söyüş, böhtan xarakterli çıxışlar və çağırışlar pislənilib. Bildirilib ki, bəzi azərbaycanlıların radikal fəaliyyəti Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək və xalqımızı aşağılamaq məqsədi daşıyır.

Azərbaycan Xalq Cumhuriyyətinin və Estoniya Respublikasının yaranmasının 100 illiyi Azərbaycan, Estoniya xalqlarının milli rəqsləri və musiqiləri ilə müşayiət olunub.


İnform.az

Baxış sayı: 45