Diaspora Akademiyası, Baş xəbər
05.04.2018 / 17:40

Mir Cəlalın 110 illiyi münasibətilə yubiley gecəsi keçirilib- Bişkekdə(Foto)

Mir Cəlalın 110 illiyi münasibətilə yubiley gecəsi keçirilib-

Aprelin 4-də Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və Azərbaycanın bu ölkədəki səfirliyimizin birgə təşkilatçılığı ilə Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında görkəmli Azərbaycan ədibi və mütəfəkkiri Mir Cəlalın 110 illiyi münasibətilə təntənəli yubiley gecəsi və qala-konsert keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən İnform.az-a verilən məlumata görə, Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru, Qırğızstanın əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov tədbiri açaraq, səfirliyimizlə sıx əməkdaşlıqla rəhbərlik etdiyi teatrda keçirilən yubileylərin iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət etdiyini qeyd edib.

Sonra çıxış edən Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Aynura Temirbekova növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə və son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafına xidmət edən fəaliyyətinə görə Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinə təşəkkürünü bildirib.

O, Mir Cəlalın böyük yazıçı, mütəfəkkir və pedaqoq, görkəmli ədəbiyyatçı olaraq Azərbaycanda xüsusi yeri olduğu kimi, bütün türk dünyasında, eləcə də Qırğızstanda da ehtiramla dəyərləndirildiyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Feyziyev çıxış edərək, görkəmli alim Mir Cəlalın Azərbaycan ədəbiyyatşünaslığının yaradıcısı olduğunu vurğulayıb.

O, böyük müəllim, yaradıcı insan olan yazıçının ədəbi janrın bütün növlərindən məharətlə istifadə edərək dövrünün aktual məsələlərinin gündəmə gətirmək bacarığından söhbət açıb.

Deputat "Çingiz Aytmatov qırğız xalqını necə hiss edirdisə, Mir Cəlal da öz əsərlərində azərbaycan xalqının arzu və duyğularının belə əhatə edərək, milliliyi qpruyurdu.
Bütün bunlarla yanaşı, Mir Cəlal yaradıcılığı dünya ədəbiyyatsevərlərinə yaxşı tanışdır."-deyə qeyd edib.

Qırğızstanın xalq şairi Mar Bayciyev çıxışında özünün Mir Cəlalın tələbələrindən biri olduğu ilə fəxr etdiyini bildirib.

O, ədibin dövrünün aktual məsələlərinə biganə qalmadığını, cəmiyyətdə baş verənlərin onu düşündürdüyünü göstərən əsərlərinin cəmiyyət üçün əvəzsiz olduğunu deyib.

Ədəbiyyatın insanları yaxınlaşdırdığını, hazırkı dövrün çağırışlarına tab gətirmək üçün qardaş xalqların mədəni əlaqələrinin möhkəmləndirilməsinin və bir-birinin problemlərinin həllində yaxından iştirak etməsinin vacibliyindən bəhs edən Mar Bayciyev, Dağlıq Qarabağ probleminin Azərbaycan xalqı ilə yanaşı Qırğız xalqının da ürəyini ağrıtdığını vurğulayıb.

Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov görkəmli Azərbaycan ədibi, alimi və mütəfəkkiri Mir Cəlalla bağlı özəl xatirələrini bölüşərək, müəllimi ilə şəxsi ünsiyyətin həyatında xüsusi yerinin olduğunu qeyd edib.

Səfri Mir Cəlalın böyük yazıçı, görkəmli alim, tarixin və dövrünün toxunulmamış mövzularını tədqiq etmiş mütəfəkkir, bir çox nəsillər üçün əvəzolunmaz pedaqoq və fəaliyyətinin hər bir sahəsində əldə etdiyi nailiyyət və tapıntıların yüksək səviyyədə olduğunu, bunlardan yalnız biri olsaydı belə Mir Cəlalın Azərbaycan tarixində əbədi olaraq görkəmli yerini alacağını deyib.

Mir Cəlalın ədəbi yaradıcılığı barədə fikirlərini bölüşən səfir, onun Azərbaycan nəsrini yeni səviyyəyə yüksəltdiyini, öz dəsti-xətti ilə rövnəqləndirdiyini söyləyib.

Diplomat qeyd edib ki, belə miqyaslı, görkəmli fəaliyyətinə baxmayaraq ədib özünün ən böyük əsərinin ailəsi olduğunu deyirdi və hazırda Mir Cəlalın övladları, nəvələri, nəticələri Azərbaycan elminin, mədəniyyətinin, təhsilinin, dövlət idarəçiliyinin və cəmiyyətinin fəal iştirakçılarıdırlar.

Səfir sonda Mir Cəlal işığına toplaşanlara minnətdarlığını bildirib.

Möhtəşəm qala-konserti Qırğızstanın əməkdar artisti R.Osmonaliyevin rəhbərlik etdiyi ölkənin ən məşhur A.Cumaxmatov adına Akademik simfonik orkestri müşayiət edib.

Azərbaycanın əməkdar artistləri Aqşin Abdullayev və Nərgiz Kərimovanın, Qırğızstanın əməkdar artistləri Asel Bekbayeva, Aybek Saralayev, Tilek Naymanbayev, Bakıt Ibıkeyev və solist Almaz İstambayevin ifasında Azərbaycan və Qırğız bəstəkarlarının, eləcə də klassik Qərb musiqisi əsərlərindən nümunələr səsləndirilib.

Qırğız-Türkiyə “Manas” Universitetinin Türk Dünyası Orkestri və solistləri Azərbaycanın bəstəkar və xalq musiqilərini təqdim edib.

Tədbirdə Qırğız Respublikasının Hökumətinin üzvləri və digər rəsmilər, deputatlar, Qırğızstanda akkreditasiya olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış üzvləri, soydaşlarımız və KİV nümayəndələri, o cümlədən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə xüsusi müxbirləri iştirak ediblər.

Mir Cəlalın 110 illiyi münasibətilə yubiley gecəsi keçirilib-


Mir Cəlalın 110 illiyi münasibətilə yubiley gecəsi keçirilib-


Mir Cəlalın 110 illiyi münasibətilə yubiley gecəsi keçirilib-


Mir Cəlalın 110 illiyi münasibətilə yubiley gecəsi keçirilib-


Mir Cəlalın 110 illiyi münasibətilə yubiley gecəsi keçirilib-


Mir Cəlalın 110 illiyi münasibətilə yubiley gecəsi keçirilib-


İnform.az

Baxış sayı: 258