Qarabağ, Hüquq
05.04.2018 / 17:15

Xatirələr dilə gəldi - FOTO

Xatirələr dilə gəldi -
Uzun müddət nəzərlərimi rəngi azacıq solan bu fotoşəkillərdən çəkə bilmədim.

Bu şəkillərdən vətən savaşının bir anı canlanırdı. Bizə silahdaşlarımızın, paqondaşlarımızın fədakar xidmətindən danışırdı. Hələ ordumuzun yaranmadığı savaşın ilk vaxtlarında torpaqlarımızı, dinc əhalinin qorumaq üçün polis əməkdaşları Qarabağ müharibəsində ön cəbhədə erməni quldurlarına qarşı mərdliklə vuruşaraq qəhrəmanlıq səhifəsi yazıblar. Bu döyüşlərdə iştirak edən paqondaşlarımızdan biri də polis mayoru, Aqşin Məmmədovdur.

O, 1969-cu ildə Laçın rayonunda anadan olub. 1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlayıb. Torpaqlarımız uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub. Laçın RPŞ-də Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahvediyevin komandiri olduğu rotada xidmət edib, döyüşün qaynar nöqtələrində ermənilərə qarşı mərdliklə vuruşub. Füzuli rayonunun Horadiz qəsəbəsi və kəndlərinin işğaldan azad olunmasında göstərdiyi xidmətlərə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Hal-hazırda A. Məmmədov Laçın Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində xidmət aparır. Xidməti vəzifələrini uğurla icra etdiyinə görə dəfələrlə mükafatlandırılıb.

Xatirələr dilə gəldi -


Xatirələr dilə gəldi -


Aslan Qiyaslı/Polis leytenanı

Baxış sayı: 158