Elm-təhsil
05.04.2018 / 14:15

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib- FOTO

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və təşkilat komitəsinin yaradılması ilə bağlı iştirakçılara məlumat verib.

İnform.az
bölmənin İnformasiya şöbəsindən verilən məlumata istinadən bildirir ki, İ.Hacıyev daha sonra konfransın elmi istiqamətinin müəyyən edilməsi və ictimaiyyətə təqdim olunması barədə tapşırıqlar verib.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “XI əsrdə Naxçıvanda ədəbi mühit: Qətran Təbrizi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühitinin olmasından bəhs edərəkXI yüzillikdə yaşamış, ədəbi-bədii yaradıcılığı ilə məktəb yaratmış və ictimai-siyasi fəaliyyəti ilə böyük nüfuz qazanmış Qətran Təbrizinin Naxçıvana səfərindənətraflı danışıb.Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Daha sonra Azərbaycan Respublika Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrantlayihəsinin yerinə yetirilməsi ilə bağlılayihə rəhbərləri, akademik Tariyel Talıbov,AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Vəli Baxşəliyevçıxış ediblər.

Tədbirdə, həmçininbölmənin Batabat Astrofizika Rəsədxanasının müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,dosent Qulu Həziyev rəhbərlik etdiyi müəssisənin yeni yaradılan www.ameanbbar.nakhchivan.az veb saytı haqqında ümumi məlumat verib.

Bildirib ki, Azərbaycan dilində hazırlanan saytın ingilis dili versiyası üzərində iş aparılır.

Akademik İsmayıl Hacıyevyeni yaradılan saytın təkminləşdirilməsi və bölmənin digər elmi-tədqiqat müəssisələrinin də saytlarının yaradılması ilə bağlı institut direktorlarına tapşırıqlarını verib.
İclasda Bölmənin Bioresurslar İnstitutunun biologiya üzrə elmlər doktoruİsmayıl Məmmədov bölmənin “Xəbərlər” jurnalının redaksiya heyətinə üzv seçilib.

Gündəliyə çıxarılan digər məsələ bölmənin Elmi-tədqiqat müəssisəsində kiçik elmi işçi vəzifəsinə keçirilən işçilərin elmi tədqiqat işlərinin vəziyyəti barəsində olub.

İclasda bölməninelmi tədqiqat müəssisələrinə yeni işə götürənlərlə bağlı elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə məlumat verib.

O, 2017-ci ilin yanvar ayından bu günə qədər 40 əməkdaşın işə qəbul edildiyini onların da 13 nəfərinin kiçik elmi işçi vəzifəsinə təyin olunduğunubildirib. Sonra 13 nəfər kiçik elmi işçi fəaliyyətləri dövründə gördükləri işləri heyət üzvlərinin diqqətinə çatdırıb.

Sonda cari məsələlər müzakirə olunub.

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib-


İnform.az

Baxış sayı: 231