Dünya, Hadisə
05.04.2018 / 11:22

Cənubi Koreyanın Azərbaycandakı konsulunun arvadı Bakıda qəzaya düşüb

Cənubi Koreyanın Azərbaycandakı konsulunun arvadı Bakıda qəzaya düşübBakıda Cənubi Koreya vətəndaşı qəzaya düşüb.

İnform.az “Report”a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində Şahin Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil Cənubi Koreya vətəndaşı Lee Eun Heeyin idarə etdiyi “Hyundai-Tucson” markalı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzaya düşən xarici vətəndaş Cənubi Koreyanın Azərbaycandakı konsulunun həyat yoldaşıdır.

İnform.az

Baxış sayı: 73