Əgər mollanın, həkimin və pinəçinin işi çoxdursa...

Tanış ayaqqabı ustası var. Əvvəllər həmişə öz “budkasının” qapısı ağzında dayanıb əsnəyirdi.
Kef-əhvalını soruşanda deyirdi ki, vəziyyət pisdir, iş yoxdur. Onun halına acısam da, daxilən bir qədər sevinirdim. Sevinirdim ona görə ki, deməli, heç kəsin pinəçiyi işi düşmür, yəni çox adamım təzə ayaqqabı almaq imkanı var.
Bu günlərdə köhnə ayaqqabımı təmirə vermək istəyirdim. Gördüm ki, pinəçi qardaş öz iş yerində vur-çatlasın işləyir. Yenə kef-əhvalını soruşdum. Başını qaldırmadan, əli ilə alnının tərini silə-silə və gülə-gülə dedi:
-Allaha min şükür, işlər əladır. Başımı qaşımağa vaxtım yoxdur.
Ayaqqqabı ustasının vəziyyətinin düzəlməsinə sevinsəm də, doğrusu, çox kədərləndim. Kədərləndim ona görə ki, deməli, çox adamın təzə ayaqqabı almaq imkanı yoxdur, hamı öz köhnə ayaqqabılarını təmir etdirməyə məcburdur.
Qısası, əgər mollanın, həkimin və pinəçinin işi başından aşıb –daşırsa bu, yaxşı heç nə vəd etmir.

İnform.az
Baxış sayı: 112

Digər xəbərlər:

Bəlkə bir müddət söyüşə moratorium qoyaq?
02 aprel / 11:44
Ayaqqabı sexindən oğurluq edənlər saxlanılıb
26 mart / 14:00
Sevgililər günündə ona nə alacaqsınız? -
08 fevral / 02:27
Yaz "Əla"!
25 aprel / 12:57
Bütün kişilər belə qadın arzulayır...
15 aprel / 18:44
Ağıllı ayaqqabı təqdim edildi
08 yanvar / 13:28
Yaponiyada GPS-li ayaqqabılar satışa çıxarılıb
20 noyabr / 08:07
Peyk naviqasiya sistemli ayaqqabı satışa çıxarılıb
19 noyabr / 19:48
O və Mən
18 noyabr / 10:50
Azərbaycan ayaqqabı istehsalını artırıb
24 oktyabr / 15:32