Din
04.04.2018 / 17:00

“Azərbaycanda dövlət-din münasibətləri: Dünən və bu gün” adlı tədbir keçirilib- Lənkəranda(Foto)

“Azərbaycanda dövlət-din münasibətləri: Dünən və bu gün” adlı tədbir keçirilib-
Dünən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nin qeyd edilməsi ilə bağlı sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə QMİ-nin səlahiyyətli nümayəndəliyində “Azərbaycanda dövlət-din münasibətləri: Dünən və bu gün” adlı tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, dini icma sədrləri, din xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu, dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyini qeyd edib.

DQİDK-in Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında türk-müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, onun mövcud olduğu 23 aylıq fəaliyyət dövründə dövlət-din münasibətləri haqqında məlumat verib. Q.Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.

Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında ölkəmizdə tarixən hökm sürən tolerant, multikultural ənənələrdən, bu ənənələrin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icmasının sədri və imamı Əliəşrəf Əliyev, Havzava kənd məscidi dini icmasının sədri İltifat Həsənov, Girdəni kənd məscidinin imamı Adil Əskərov, Mamusta kənd məscidinin imamı Vüsal Cəfərov, Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıqov çıxışlarında Azərbaycanda hökm sürən etnik və dini tolerantlığın dünyaya nümunə olduğunu, ölkəmizin bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını qeyd ediblər. Natiqlər Cənab Prezident İlham Əliyevin “Multikulturalizm İli” nin ardınca, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini milli-mənəvi və dini dəyərlərə verilən dəyər kimi yüksək qiymətləndiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Azərbaycanda dövlət-din münasibətləri: Dünən və bu gün” adlı tədbir keçirilib-


“Azərbaycanda dövlət-din münasibətləri: Dünən və bu gün” adlı tədbir keçirilib-


“Azərbaycanda dövlət-din münasibətləri: Dünən və bu gün” adlı tədbir keçirilib-


“Azərbaycanda dövlət-din münasibətləri: Dünən və bu gün” adlı tədbir keçirilib-


İnform.az

Baxış sayı: 144