Dünya, Hadisə
04.04.2018 / 12:25

Azərbaycanlı qadın “Youtube”in baş ofisinə hücum etdi - YENİLƏNİB

Azərbaycanlı qadın “Youtube”in baş ofisinə hücum etdi -
"You Tube”-nin mənzil qərargahına silahlı hücum edən qadının kimliyi məlum olub.

İnform.az APA-ya istinadən xəbər verir ki, hücumu törədən qadın azərbaycanlı olduğu bildirilən Nasim Ağdam adlı şəxsdir.

***

05.51

"YouTube" videoportalının ABŞ-ın Kaliforniya ştatındakı mənzil-qərargahında atışma terrorçuluqla əlaqəli deyil.

İnsidentə səbəb, ilkin məlumata görə, daxili mübahisə olub.

APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd edək ki, silahlı qadın «YouTube» videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib. İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Atəş açan qadının intihar etdiyi bildirilir.

İnform.az

Baxış sayı: 89