Hadisə
03.04.2018 / 15:10

Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib, zəhərlənənlər var

Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib, zəhərlənənlər varBakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında yanğın hadisəsi baş verib.

İnform.az
“Report”un məlumatına istinadən bildirir ki, məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada Səidə Səfərovaya aid ev yanıb.

Birinci mərtəbədə baş verən yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. Yanğın zamanı digər evlərə də ziyan dəyib.

Yanğın zamanı ikisi uşaq olmaqla ümumilikdə 7 nəfər tüstüdən yüngül zəhərlənib. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Toksikologiya şöbəsindən “Report”a bildirilib ki, onlar bu gün evə buraxılacaqlar.

İnform.az

Baxış sayı: 58