Hüquq
03.04.2018 / 14:17

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblarPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

​DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, aprelin 2-nə keçən gecə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qəsəbə sakini Zakir Qurbanova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Ruslan Xalıqov saxlanılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 1-nə keçən gecə Xətai rayonu ərazisindən Bakı şəhər sakini Rafiq Həsənova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Bağırov avtomobillə Hövsan qəsəbəsi ərazisində saxlanılıb.

​Faktlarla bağlı araşdırmalar aparılır.

İnform.az

Baxış sayı: 240