Hüquq
03.04.2018 / 11:48

Qadınlara qarşı soyğunculuq edən şəxs saxlanılıb

Qadınlara qarşı soyğunculuq edən şəxs saxlanılıbDİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində naməlum şəxsin qadına qarşı zor tətbiq edərək qızıl əşyasını alması barədə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Müəyyən edilib ki, saat 10 radələrində M.Cəfərov küçəsində naməlum şəxs Bakı şəhər sakini M.Əliquliyevaya qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğanın bir tayını dartıb aparıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov olduğu məlum olub. Onun Bakı şəhər sakini olan G.Məmmədovaya qarşı eyni cinayəti törətdiyi də müəyyən edilib.
​Faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

İnform.az

Baxış sayı: 161