Hadisə
03.04.2018 / 11:06

Qızının ölümünə dözməyən qadın intihar edib

Qızının ölümünə dözməyən qadın intihar edibGöyçay rayon sakini intihar edib.

İnform.az APA-ya istinadən xəbər verir ki, Göyçay şəhər sakini, 1991-ci il təvəllüdlü Qumral İbrahimova xərçəng xəstəliyindən vəfat edib. Qızının ölümünə dözməyən anası 1968-ci il təvəllüdlü Sıracova İlhamə Nadir qızı sirkə turşusu içərək özünə qəsd edib. Ailə üzvləri tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

İnform.az



Baxış sayı: 85