Qarabağ
02.04.2018 / 16:37

Bu həsrətin 25 yaşı var

Bu həsrətin 25 yaşı varAzərbaycanın Kəlbəcər rayonunun işğalından 25 il ötür. 1993-cü il aprelin 2-3-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan rayon sakinlərindən 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

1988-ci ildə Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd bölgələrdə erməni silahlılarının dinc azərbaycanlıların yaşadığı kəndlərə hücumundan Kəlbəcərin də rahatlığı pozulmuşdu. Rayonun müdafiəsi, eləcə də onun geri qaytarılması uğrunda aparılan əməliyyatlarda polis işçiləri yaxından iştirak edib, ordu ilə bərabər vicdanla vuruşub, vətənpərvərlik nümunələri göstəriblər. Əməkdaşlardan 9 nəfəri vətəni müdafiə edərkən qəhrəmancasına şəhid olub.

Kəlbəcər RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Yelmar Quliyev döyüşlərin qızğın vaxtında polis zabiti kimi xidmət edib və həmin hadisləri bu gün də ürək ağrısı ilə xatırlayır. Müsahibimizin sözlərinə görə işğala qədər rayon polis şöbəsinin əməkdaşları strateji postlarda xidmət edib. AXC-Musavat cütlüyünün naşılığı, ordu quruculuğunun qeyri-peşəkarların əlində cəmlənməsi səbəbindən rayonun etibarlı müdafiəsini təmin etmək olmayıb.

Bu həsrətin 25 yaşı var


Eşqin Qasımov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 137