İdman
02.04.2018 / 14:02

Gənc yelkənçimiz beynəlxalq yarışda 4-cü oldu

Gənc yelkənçimiz beynəlxalq yarışda  4-cü oldu
Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova yüksək nəticə nümayiş etdirib.

İnform.az YİF-ın Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, o, Sloveniyada “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4-cü yerdə qərarlaşıb.

Yelkənli İdman Federasiyasının aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayıb. Həmin dövrdən bu günə kimi dinamik məşqlərə start verən Yelkənli İdman Federasiyasının yelkənçiləri Azərbaycanı bir çox Beynəlxalq yarışlarda uğurla təmsil ediblər.

Qeyd edək ki, 2014-cü ildən etibarən Federasiyanın maddi texniki bazası gücləndirilib, məşqçi korpusu formalaşdırılıb, o cümlədən yeni idmançılar cəlb olunub. Məqsədlərə nail olunması üçün Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib. Hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu sinifləri üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandarın məşqləri keçirilir.

İnform.az

Baxış sayı: 209