Hüquq
02.04.2018 / 13:59

Vətən uğrunda...

Vətən uğrunda...Hələ ordumuzun yaranmadığı savaşın ilk vaxtlarında torpaqlarımızı, dinc əhalini qorumaq üçün polis əməkdaşları Qarabağ savaşında ön cəbhədə mənfur erməni işğalçıları ilə savaşda çox qəhrəmanlıqlar göstəriblər. Bu döyüşlərdə iştirak edən paqondaşlarımızdan biri də polis nəfəri Tahir Osmanovdur.

Tahir Osmanov 1969-cu ildə Şirvan şəhərində anadan olub. Daxili işlər orqanlarında xidmətə 27 il əvvəl Şirvan Şəhər Polis Şöbəsinin Növbətçi Hissəsində polis nəfəri kimi başlayıb.
Müharibə veteranı T.Osmanov Şuşa, Laçın, Ağdam, Fizuli və Zəngilan bölgələrində gedən döyüşlərdə iştirak edib.

Hazırda Şirvan Şəhər Polis Şöbəsinin Növbətçi Hissəsində polis nəfəri kimi xidmət edir.

T. Osmanov xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfərlərlə müxtəlif mükafatlara layiq görülüb.

Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 218