Elm-təhsil
31.03.2018 / 17:07

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 31 mart Soyqırım qurbanları anılıb- FOTO

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 31 mart Soyqırım qurbanları anılıb-
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində (LREM) “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı” nın icrası mövzusunda Elmi-praktik seminar keçirilib.

Bu barədə İnform.az-a LREM-dən məlumat verilib.

Məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, Aqrar elmləri doktoru, professor Fərman Quliyev çıxışında tarixən mənfur qonşularımız olan ermənilər tərəfindən xalqımıza qarşı törədilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsinin 1918-ci il martın 31-də xüsusi qəddarlıq və amansızlıqla həyata keçirildiyini bildirib.

LREM-in elmi işlər üzrə direktor müavini, Tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov “31 mart azərbaycanlıların soyqırım günü” mövzusunda məruzə ilə çıxış edərək bolşevik-daşnak qüvvələri tərəfindən həyata keçirilən soyqırım hadisələrinin Bakı ilə yanaşı Quba, Şamaxı, Lənkəran və digər ərazilərdə də baş verdiyini qeyd edib. M.Cəfərov 1918-ci ilin sentyabrına qədər davam edən soyqırım hadisələri vaxtı Lənkəran qəzasında 40-dan artıq kəndin yandırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

LREM-in Arxeologiya şöbəsinin böyük elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Samir Kərimov “Quba məzarlığı soyqırım abidəsi kimi” mövzusunda çıxış edərək Cənab Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin” yaradıldığını, bu abidənin xalqımızın bolşevik-daşnak qüvvələri tərəfindən soyqırıma məruz qalmasının təsdiqi kimi mühüm əhəmiyyətini vurğulayıb.

LREM-in Arxeologiya şöbəsinin elmi işçisi Aydan Dadaşova “31 mart azərbaycanlıların soyqırımının nəticələri” mövzusunda çıxış edərək 1918-ci il 31 mart soyqırımının xalqımızın tarixi yaddaşında əbədi yer tutduğunu, öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu bildirib.

Ləhkəran Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Hüseyn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran şəhər 9№-li məktəbin müəllimi Rahim Nuriyev, Ə.Y.Xalıqov adına Rvo kənd tam orta məktəbinin müəllimi Həmzağa Rüstəmov və digərləri mövzu ətrafında müzakirələr apararaq, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart soyqırımına, həmçinin tarixin müxtəlif dönəmlərində xalqımızın məruz qaldığı soyqırım hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini qeyd ediblər.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 31 mart Soyqırım qurbanları anılıb-


AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 31 mart Soyqırım qurbanları anılıb-


AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 31 mart Soyqırım qurbanları anılıb-


AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 31 mart Soyqırım qurbanları anılıb-


İnform.az

Baxış sayı: 634