Hadisə
31.03.2018 / 11:19

Ceyran ovunda silahlı qarşıdurma- Yaralanan var

Ceyran ovunda silahlı qarşıdurma-Dünən axşam saatlarında Şirvan Milli Parkında silahlı insident baş verib.

İnform.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazisində təşkil olunmuş parkın Salyan rayonuna aid hissəsinə qanunsuz daxil olaraq ov edən 3 nəfər brakonyer onları yaxalamaq istəyən qoruq işçilərinə ov tüfəngindən atəş açıblar. Mühafizəçilərin cavab atəşi ilə brakonyerlərdən biri yaralansa da, gecənin qaranlığından istifadə edərək hadisə yerindən uzaqlaşaraq gizlənib. Lakin o, hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışlarından sonra tapılıb. Digər iki brakonyeri də saxlamaq mümkün olub.

Hadisə nəticəsində qoruğun inspektoru, 57 yaşlı Xalıqov İltifat Şirəli oğlu qarın nahiyəsindən ağır olmayan güllə yarası alıb.

Hazırda baş nahiyəsindən güllə yarası almış brakonyerin şəxsiyyəti müəyyənləşdirilir.

İnform.az

Baxış sayı: 145