Dünya, Hadisə
31.03.2018 / 11:13

Maşın ikiyə bölündü, amma...

Maşın ikiyə bölündü, amma...
Türkiyədə ağır yol qəza hadisəsi baş verib.

İnform.az qafqazinfo-ya istinadən bildirir ki, insident Kahramanmaraşda qeydə alınıb.

Məlumata əsasən, avtomobil Kahramanmaraş-Kayseri magistralı ilə hərəkət edirmiş. Qəza zamanı maşın ikiyə bölünüb. Nəticədə sürücü Nedim Çetinkaya (57 yaş), Nihan Gülər (28) və Pelin Su Yılmaz (1) yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Qəzada iştirak edən digər avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. Qaçan sürcünün axtarışları davam etdirilir.

İnform.az

Baxış sayı: 77