Hüquq
31.03.2018 / 10:22

31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

31 mart soyqırımı qurbanlarının xatirəsi anılıbDünən 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində tədbir keçirilib.

1918-ci il martın 31-də bolşevik-daşnak birləşmələri tərəfindən qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda XX əsrin ən faciəli və dəhşətli hadisələrindən olan 31 mart Azərbaycanlıların Soyqırımı Gününün 1998-ci ildən dövlət səviyyəsində qeyd olunduğu nəzərə çatdırılıb.

Tarixi şərait səbəbindən baş vermiş hadisələrə uzun illər ərzində obyektiv qiymət vermək mümkün olmadığı xüsusilə vurğulanıb.

Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilib.

1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla və cəsarətlə yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan həqiqətləri bütün dünyaya çatdırılır, erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət güclənir.

Tədbirdə iştirak edən AMEA-nın məsul əməkdaşı erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən ətraflı məlumat verib, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan ətraflı bəhs edib.

Tədbirin sonunda Azərbaycanlıların soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər Penitensiar xidmətin tabe qurumlarında da keçirilib.

İnform.az

Baxış sayı: 174