Baş xəbər, Hüquq
31.03.2018 / 09:30

"95 cinayət faktından 23-ü “isti izlər”lə açılıb"- DİN-in məlumatı

"95 cinayət faktından 23-ü “isti izlər”lə açılıb"-Respublikanın daxili işlər orqanları tərəfindən mart ayının 30-dan 31-dək 95 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Inform.az-a verilən məlumata görə, ötən gün əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması da təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 186