Diaspora Akademiyası, Gündəm
30.03.2018 / 15:54

31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb- İstanbulda

31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb-
İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dərnəyin mərkəzində tədbirı keçirilib.

Diasporal iş üzrə Diaspora Komitəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan-Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri,Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İSTAD BaşkatibiMetin Yıldırım 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü haqqında tədbir iştirakçılarına qısa məlumat verdikdən mövzu ilə bağlı jurnalistlərin sualları cavablandırılıb.

İSTAD rəhbəri Sefer Karakoyunlu soyqırımı haqqında danışarkən faktların əks olunduğu Quba Soyqırımı Memorial Kompleksinin ziyarəti zamanı çəkilmiş video və fotoşəkilləri nümayiş etdirərək deyib: "Ermənilər türklərə qarşı sistemli olaraq1905-ci ildən başlayaraq beş dəfə soyqırımıtörədiblər. Bu soyqırımlara səssiz və laqeyd qalan dünya ictimaiyyətinin gözü kor, qulağı kar olub. Bu səssliyi və laqeydlyi davam edənləriqınayırıq”.

S.Karakoyunlu bildirib ki, I DünyaMüharibəsinəticəsindəyaranmışböhrandanvə 1917-ci ildəÇarRusiyasındabaşverənfevralvəoktyabrinqilablarının yaratdığı fürsətdən istifadə edən erməni hərbi birləşmələri azərbaycanlılara və Anadolu türklərinə qarşı soyqırımı törədiblər.

Qətliamın pik nöqtəsinə çatdığı 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda 30 min günahsız insanın amansızca qətlə yetirildiyini,Şamaxı, Quba, Qarabağ, Naxçıvan, bu günkü Ermənistan ərazində olan tarixi Azərbaycan torpaqları - Zəngəzur qəzası və İrəvan vilayətlərində isə təxminən 120 min insanın öldürüldüyü bir daha diqqətə çatdırılıb.

Azərbaycanla yanaşı, Türkiyənin Iğdır, Qars, Ağrı, Ardahan, Erzurum, Erzincan, Muş, Van və bir çox yaşayış məntəqlərində soyqırımların həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycanda mart ayında davam edən qırğın və soyqırımlar Nuri Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Qafqaz İslam Ordusunun 1100 əsgəri və 30 zabitinin şəhid olduğu, bu əsgərlərin xatirəsinə bu gün Azərbaycanın müxtəlif yerlərində xatirə abidələri ucaldıldığı vurğulanıb.

Tədbirdə çıxış edənTənzilə Rüstəmxanlı gələcəkdə bu kimi dəhşətlərin təkrar baş verməməsi, gələcək nəsillərin unutmamsı baxımından belə tədbirlərin əhəmiyyətini qeyd edib.

T.Rüstəmxanlı 31 mart soyqırımının təbliği istiqamətində mövcud problemlər və perspektivlərdən danışaraq dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, ermənilərin, bütövlükdə, türk dünyasına qarşı törətdiyi soyqırımı və qətliamların beynəlxalq ictimayyətin diqqətinə çatdırılması ilə bağlı çağırış edib.

Daha sonra, AAK sədri S.Qasımov da 1918-ci il mart soyqırımının tarixinə toxunarkən bildirib ki, martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eyni zamanda, Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımı törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib.

31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb-


31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb-


İnform.az


Baxış sayı: 191