Hadisə
30.03.2018 / 14:15

“Opasnı Roma” və Rahim Şəkinski güllələnib- Fransada

“Opasnı Roma” və Rahim Şəkinski güllələnib-Fransada silahlı hücuma məruz qalan Rahim Novruzovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir.

İnform.az "Report"un məlumatına istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

R.Namazov “kriminal aləm”də “Opasnı Roma” və Rahim Şəkinski kimi də tanınırmış.

Hadisənin hansı motivdə baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində qeydə alınıb. “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov ilə həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb. Rahim Namazovun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

İnform.az



Baxış sayı: 182