Hüquq
30.03.2018 / 14:10

Soyqırım qurbanları anılıb- FOTO

Soyqırım qurbanları anılıb-
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsində anım tədbiri keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, tarix boyu ermənilərin öz mənfur niyyətlərini zaman-zaman ortaya qoyduqlarını, qırğınlar vəhşiliklər törətdiklərini bildirib. Qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan, Qarabağ və digər bölgələrdə minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri yandırılıb.

31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulayıb və onun xalqımızın milli şüurunda və özünüdərkində mühüm rol oynadığını qeyd edib.

Digər çıxış edənlər erməni millətçiləri tərəfindən xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin sonralar da davam etdiyini bildiriblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu vurğulayıblar.

Soyqırım qurbanları anılıb-


Soyqırım qurbanları anılıb-



Məhəmməd Rzayev/polis leytenantı


Baxış sayı: 267