Hüquq
30.03.2018 / 14:04

Xidmətə anda sədaqətlə

Xidmətə anda sədaqətləÖlkəmizdə sabitliyin təmini və qorunmasında hüquq-mühafizə orqanlarının, o cümlədən polis əməkdaşlarının böyük zəhməti var.

Daxili işlər orqanlarının əməkdaşları daim cinayətkarlıqla mübarizənin önündə, asayişin keşiyindədirlər. Sıralarımızda nümunəvi xidməti, xidməti-peşə, fiziki hazırlıq səviyyəsinə görə fərqlənən əməkdaşlarımız yetərincədir.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Zaur Səlimov öz nizam-intizamı, etik qaydalara riayət etməsi, hüquqi biliklərini daim artırması ilə sıralarımıza yeni qəbul olunan gənclərə nümunədir. O, 1977-ci ildə Bakı şəhərində anadan olub.

Daxili işlər orqanlarında 20 il əvvəl Nəsimi Rayon Mühafizə İdarəsində polis nəfəri kimi xidmətə başlayıb. Daha sonra Siyəzən RPŞ-də sahə müvəkkili və sahə rəisi vəzifələrində çalışıb. 2012-ci ildən Şirvan ŞPŞ-də təhqiqatçı, bir müddət sonra isə İTB-nin rəisi işləyib.

Hazırda Hacıqabul Rayon Polis Şöbəsində Növbətçi Hissənin məsul növbətçisi kimi xidmət edir.
Z. Səlimov xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfərlərlə müxtəlif mükafatlara layiq görülüb.

Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 335