Hərbi
30.03.2018 / 13:59

Müdafiə naziri Türkiyə Quru Qoşunları Məktəbində olub

Müdafiə naziri Türkiyə Quru Qoşunları Məktəbində olub
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib. Nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.

İnform.az Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumatlandırılıb. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.

Görüşdən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb.
Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.

Müdafiə naziri Türkiyə Quru Qoşunları Məktəbində olub


İnform.az

Baxış sayı: 243