Qarabağ, Hüquq
30.03.2018 / 12:22

Soyqırım qurbanlarının xatirəsi yad olunub

Soyqırım qurbanlarının xatirəsi yad olunub
Martın 29-da Siyəzən Rayon Polis Şöbəsində 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirin əvvəlində soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RPŞ-nin rəis muavini, polis mayoru Qoşqar Kazımov 1918-ci ilin martın 31-də ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım haqqında məlumat verib. Bildirib ki, 31 mart və 1-2 aprel tarixlərində qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc əhalini amansızcasına qətlə yetirmələri nəticəsində Azərbaycan ərazisində on minlərlə soydaşımızın qəddarlıqla öldürülülüb, tarixi binalar, məscidlər, məktəblər dağıdılıb.

Siyəzən Rayon Təhsil Şöbəsinin nümayəndəsi Vuqar Abdullayev çıxışında 31 mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayət olduğudu, hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunduğunu, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edildiyini bildirib.

Daha sonra çıxış edən İB rəisi polis polkovnik-leytenantı Əhməd Abdullayev 100 il əvvəl daşnak-bolşevik birləşmələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törətdilən amansız qətliamların əsas məqsədinin xalqımızı yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olduğunu vurğulayıb.

Sonda çıxış edən RPŞ əməkdaşları Kamran Muxtarov, Fəzail Fərzəlibəyli, Dilşən Məmmədov və Fərahim Qasımov 31 mart tarixində baş verən qırğınların insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu deyiblər.

Soyqırım qurbanlarının xatirəsi yad olunub


Soyqırım qurbanlarının xatirəsi yad olunub


Soyqırım qurbanlarının xatirəsi yad olunub


Nizam Həmidov/Polis leytenantı

Baxış sayı: 221