Hadisə, Hüquq
30.03.2018 / 11:35

Xarkovda azərbaycanlı güllələnib

Xarkovda azərbaycanlı güllələnibUkraynanın Xarkov şəhərində azərbaycanlı güllələnib.

İnform.az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novost məlumat yayıb.

Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə idarəsinin mətbuat xidmətinin yaydığı məlumat deyilir ki, atışma Xarkovda restoranın qarşısında baş verib. Restorandan çıxan təxminən 10 nəfərə gözlənilmədən bir neçə nəfər atəş açıb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı cinayət işi açılıb.

Ukrayna mətbuatı hadisədə ölənin azərbaycanlı, xəsarət alanın isə gürcü olduğunu yazır.

İnform.az

Baxış sayı: 66