Dünya, Hərbi
30.03.2018 / 10:19

PKK-çıların hərbi hissəyə hücum ediblər

PKK-çıların hərbi hissəyə hücum ediblər
PKK silahlıları Türkiyənin cənub-şərqində, Siirt vilayətindəki hərbi hissəyə hücum ediblər.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, hücum nəticəsində 5 türk hərbçi həlak olub, 7-si yaralanıb.

Türkiyə Silahlı Qüvvələri bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün dərhal əməliyyata başlayıb.

Xatırladaq ki, ötən gün Diyarbəkirdə PKK-çıların avtomobil karvanını atəşə tutması nəticəsində 6 türk hərbi qulluqçu xəsarət almışdı.

İnform.az

Baxış sayı: 169