Elm-təhsil
28.03.2018 / 13:00

ADAU-da 100 bal toplayan tələbələrə əlavə təqaüd verilib- FOTO

ADAU-da 100 bal toplayan tələbələrə əlavə təqaüd verilib-
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplayan tələbələrlə görüş olub.

Bu barədə İnform.az-a Universitetin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək dövlətin bütövlükdə aqrar təhsilə olan qayğısının daim artması, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən müasir təhsil sistemi üçün yüksək səviyyəli layihələrdən olan Tələbə evlərinin istifadəyə verilməsinin təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə imtahanlarda maksimum nəticələr əldə edən tələbələrin sayının artmasına səbəb olduğunu bildirib..

Görüşdə imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplamış əyani təhsil formasının tələbələrin stimullaşdırılması məqsədilə büdcədənkənar vəsait hesabına 2018-ci il martın 1-dən iyulun 5-dək müddətdə aldıqları təqaüdə 6 fənn üzrə 100 manat, 5 fənn üzrə 70 manat, 4 fənn üzrə 50 manat əlavə təqaüd verilməsi barədə universitet rektorunun əmri elan olunub.

Göstərilən qayğıya görə dövlətimizə, universitetin rektoruna təşəkkürlərini bildirən tələbələr bundan sonra da təhsildə yüksək nəticələr əldə edəcəklərini, inkişaf edən aqrar sektor üçün yüksək səviyyəli mütəxəssis olacaqlarını qeyd edib, ümumilikdə universitetdə yaradılmış təhsil mühitini çox yüksək qiymətləndiriblər.

Rektor İbrahim Cəfərov tələblələrin daim keyfiyyətli təhsil alması, uğurlar qazanması və dinamik inkişaf edən ölkəmiz üçün əsl vətəndaş və mütəxəssis olması üçün daim diqqət və qayğı ilə əhatə olunacaqlarını qeyd edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

ADAU-da 100 bal toplayan tələbələrə əlavə təqaüd verilib-


ADAU-da 100 bal toplayan tələbələrə əlavə təqaüd verilib-


ADAU-da 100 bal toplayan tələbələrə əlavə təqaüd verilib-


İnform.az

Baxış sayı: 298