Hadisə
28.03.2018 / 12:53

Sumqayıtda yanğın olub, sakinlər təxliyə ediliblər

Sumqayıtda yanğın olub, sakinlər təxliyə ediliblərSumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 10 ədəd sayğac və 2 p.m elektrik kabeli yanıb.

İnform.az FHN-nin Mətbaut xidmətinin məlumatına istinadən bildirir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İnform.az

Baxış sayı: 67