Hüquq
28.03.2018 / 11:16

Döyüş və həyat yolu nəzərə alınsın...

Döyüş və həyat yolu nəzərə alınsın...Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

İnform.az musavat.com-a istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxsin vəkili Əbil Həsənov müdafiə çıxışı edib.

Vəkil H.Vəliyevin döyüş və həyat yolunun nəzərə alınmasını istəyib.

Növbəti proses aprelin 18-də davam edəcək.

Bildirək ki, dövlət ittihamçısı H.Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxs

Baxış sayı: 175