Maqazin
27.03.2018 / 17:45

Faiq Ağayev kimlərə etiraz etdi?- VİDEO

Faiq Ağayev kimlərə etiraz etdi?-
Xalq artisti Faiq Ağayev bəstəkar Rəşid Behbudovun qızı Rəşidənin onun haqqında dediklərinə cavab verib.

İnform.az axşam.az-ın məlumatına istinadən bildirir ki, R.Behbudova F.Ağayevi Türkiyənin məşhur müğənnilərindən biri Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını səsləndirən zaman atası, bəstənin müəllifi Rəşid Behbudovun adını çəkmədiyini bildirib.

F.Ağayev isə onun dediklərinə etiraz edərək, belə bir halın yaşanmadığını söyləyib:

“Verilişin efirə gedən görüntülərini yayımlaya bilməzdim, bu qadağandır. Mən məşq hissəsin yayımlamışdım. Bu nə tələsgənlikdir? Siz efirə baxın, sonra danışın. Mən xüsusi qeyd etmişəm ki, məşq çəkilişidir. Elə insan deyiləm ki, Rəşid Behbudovu qeyd etməyim”.

F.Ağayevin qalmaqal yaşadığı növbəti məşhur isə əməkdar artist Tünzalə Ağayeva olub. Ağayeva animasiya janrındakı klipini təqdim edərək, Azərbaycanda ilk belə addım atdığını demişdi. Bununla da müğənnilər arasında birincilik qalmaqalı başlayıb. Onun bu açıqlamasına F.Ağayev etirazını bildirərək, 14 il əvvəl belə klip çəkdirdiyini söyləyib:

“Rəssam çəkib, sonra qrafist canlandırıb. Bunun ilkini təkcə Azərbaycanda yox, Orta Asiyada 14 il əvvəl mən etmişəm. Bunu hamı "Yotube"da görə bilər”.



İnform.az

Baxış sayı: 2861