Qarabağ, Hüquq
27.03.2018 / 16:55

Vətən uğrunda

Vətən uğrundaSərdar Səfərov 1960-cı ildə Kəlbəcər rayonunda dünyaya göz açıb orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarında xidmət edib.

Ordudan tərxis olunduqdan sonra bir müddət Bakıda Maşınqayırma zavodunda işlədikdən sonra daxili işlər orqanlarında xidmət etmək arzusunu reallaşdırmaq üçün Tula şəhərinə yollanıb. Üç il bu şəhərdə milis nəfəri kimi çalışdıqdan sonra nümunəvi xidməti nəzərə alınaraq rəhbərlik tərəfindən SSRİ Daxili İşlər Nazirliyinin Kaunas Milis Məktəbinə göndərilib. Sərdar məktəbi başa vurduqdan sonra artıq zabit kimi yenidən Tulada xidmətini davam etdirib.

Qarabağ hadisələri başlanması xəbərini alan Sərdar Azərbaycana dönüb. Onu Qusar rayon daxili işlər şöbəsinə göndəriblər. Bu şöbədə xidmətə başlayanda könüllü olaraq Qarabağa ezam olunması haqqında rəhbərliyə müraciət edib və döyüşə yollanıb.

Hadisələrin qızğın dövründə, 1991-ci ilin sentyabr ayında Xankəndi yaxınlığında azğınlaşmış erməni silahlıları azərbaycanlıların sərnişin avtobusuna hücum ediblər. Bundan xəbər tutan Sərdar və bir neçə azərbaycanlı özlərini köməyə yetirirlər. Hücumun qarşısı alınır. Cavablarını alan ermənilər geri çəkilirlər. Polislərimiz hadisə yerindən uzaqlaşarkən əlavə qüvvələrlə geri dönən ermənilər onlara hücum ediblər. Qeyri-bərabər döyüşdə Sərdar öz yoldaşlarını xilas etsə də, qəhrəmancasına həlak olur.

Sərdar Mədəd oğlu Səfərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Xatirəsi silahdaşları tərəfindən daim əziz tutulur.

Eşqin Qasımov/Polis leytenantı

Baxış sayı: 246