Dünya
27.03.2018 / 12:35

F-18 qırıcıları “elektron beyin”lə təchiz ediləcək – VİDEO

F-18 qırıcıları “elektron beyin”lə təchiz ediləcək –
ABŞ Dəniz Piyadaları Korpusu F-18 qırıcılarının göyərtə radar stansiyalarının dəyişdirilməsi barədə qərar qəbul edib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusu məlumat yayıb.

Məlumata görə, ABŞ dördüncü nəsil qırıcıları müasir elektronika ilə təchiz edərək onların döyüş potensialını möhkəmləndirir. Daha öncə F-16 və F-15 qırıcılarında da göyərtə qurğularının dəyişdirilməsi həyata keçirilib.

F-18 qırıcılarına NAVAIR sistemi quraşdırılacaq, bunun nəticəsi olaraq qırıcların imkanları artacaq. Lakin hərbçilərin sözlərinə görə, yeni sistemlər döyüş əməliyyatlarında iştirak etməmiş onların etibarlılığından bəhs etmək doğru olmaz.

4-cü nəsil F-18 qırıcılarının modernləşdirilməsinin 2022-ci ildə başa çatacağı gözlənilir.



İnform.az

Baxış sayı: 129