Diaspora Akademiyası, Gündəm, Dünya
27.03.2018 / 12:05

Niderlandda azərbaycanlıların soyqırımı ilə bağlı yürüş keçirilib - FOTO

Niderlandda azərbaycanlıların soyqırımı ilə bağlı yürüş keçirilib -
Niderland Krallığının Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Səssiz yürüş” aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a verilən məlumata görə, aksiya iştirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər. Onlar həmçinin, Niderland Parlamentinin alt palatasında, qondarma “erməni soyqırımını” qəbul etdikləri sənədə görə öz qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını bildiriblər. Aksiyaya Niderland Krallığında fəaliyyət göstərən türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib.

Bu barədə məlumat verən BAK-ın birinci vitse-prezidenti, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Elsevər Məmmədov bildirib ki, bu il erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi soyqırımının 100 illiyi ilə əlaqədar Benilüks ölkələrində də silsilə tədbirlər təşkil olunur. Bu istiqamətdə AAK və BAK Diasporla İş üzrə Dövlət Komitəsi, Niderlandda və Belçikada fəaliyyət göstərən Azərbaycanın diplomatik korpusları ilə birgə fəaliyyət göstərir.

Niderlandda azərbaycanlıların soyqırımı ilə bağlı yürüş keçirilib -


Niderlandda azərbaycanlıların soyqırımı ilə bağlı yürüş keçirilib -


İnform.az

Baxış sayı: 48