Rəsmi
26.03.2018 / 16:30

DTX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

DTX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilibPrezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi haqqında sərəncam imzalayıb.

İnform.az-ın xəbərinə görə, sərəncama əsasən, polkovnik Rəşad Firidun oğlu Həmzəyevə və polkovnik İmran Surxay oğlu Tağı-zadəyə general-mayor ali hərbi rütbəsi, ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.

İnform.az

Baxış sayı: 208