İqtisadiyyat
27.03.2018 / 10:00

7,2 kilometr dəmir yolu əsaslı təmir olunur - FOTO

7,2 kilometr dəmir yolu əsaslı təmir olunur -
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.

İnform.az ADY-ın məlumatına istinadən xəbər veri ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Bu gündən etibarən Gəncə-Alabaşlı mənzilində 7,2 km yolun əsaslı təmirinə başlanılıb. İşlər bir həftə davam edəcək. Təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 475 km dəmir yolu əsaslı təmir olunub.

7,2 kilometr dəmir yolu əsaslı təmir olunur -


İnform.az

Baxış sayı: 223