Şərhlər
26.03.2018 / 14:20

Belə “əxlaq sahibləri”ni başa düşmək çətindir

Belə “əxlaq sahibləri”ni başa düşmək çətindir
Məsaim Abdullayev

Anti-Azərbaycan kampaniyası aparanlar xalqın yalnız nifrətini qazanacaqlar...

Xarici ölkələrdə anti-Azərbaycan təbliğatı aparanlarla bağlı hörmətli professor Əli Həsənovun fikirlərilə tam razıyam. Mən də hesab edirəm ki, siyasi mübarizə etik-əxlaqi dəyərlər çərçivəsində aparılmalıdır. Mənsub olduğu xaqlın müstəqil dövlətinin rəhbərinə, ziyalılara, vəzifəli şəxslərə şər, böhtan atmaq, hətta onların ünvanlarına nalayiq sözlər işlətmək yolverilməzdir. Bu, sadəcə mənəviyyatsızlıqdır. Mən bunu Vətənə xəyanət qədər ağır cinayət hesab edirəm.

Bu adamlar, görünür, daxilən belə çürük düşüncə və əxlaqın sahibidirlər. Rusların yaxşı misalı var: “Каждый думает по мере свoей испорченности” (“Hər kəs öz natamamlıq dərəcəsinə görə düşünür”. Bu adamlar, görünür, öz xislətlərini ortaya qoyurlar.

Bu günlərdə Azərbaycan ictimaiyyətinin ən müxtəlif zümrələrinin nümayəndələri bu barədə dərin qəzəb və nifrət hissilə söz açırlar. Onlar xalqına, dövlətinə şirkab atanların niyyətlərini başa düşə bilmərlər. Yəni normal insan bu qədər mənəvi aşınmaya, deqredasiyaya məruz qala bilərmi? Çox təəssüf ki, az da olsa, belələri tapılır.

Həqiqətən, normal məntiq və sağlam düşüncə ilə belə “əxlaq sahibləri”ni başa düşmək çətindir. Hər bir insan öz tərbiyəsi, əxlaqı, Vətəninə, millətinə, dövlətinə sədaqəti, faydalılığı ilə güclüdür. Gəlin, unutmayaq ki, müstəqil Azərbaycan dövləti gəncdir, onun rəqibləri də, düşmənləri də kifayət qədər çoxdur. Düşmən dəyirmanına su tökənlər böyük günah işlədirlər. Qoy onlar yalnış yolda olduqlarının fərqinə varsınlar.

Xüsusi qeyd etmək istəyirəm: Dövlətini, millətini, onun zilalılarını kor-koranə, namərdcəsinə şərləyənləri tarix heç vaxt bağışlamayacaq! Xarici ölkələrdə belə çirkin yollarla anti-Azərbaycan kampaniyası aparanlar xalqın yalnız nifrətini qazanacaqlar.

İnform.az

Baxış sayı: 517