Hüquq
26.03.2018 / 13:48

Gənclərlə bir sırada

Gənclərlə bir sırada
Polis andına sadiq qalan, cinayətkarlıqla mübarizədə, ictimai-asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında əməyi olan veteranlarımızdan biri də Sadiq Abbasovdur.

İstefada olan polis mayoru Sadiq Abbasov 1957-ci ildə Zərdab rayonunun Gəlmə kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Rusiyanın Kazan şəhərinə hərbi xidmətə yollanıb.

Ali hüquq təhsili müəssisələrinin birində ekspert-kriminalis ixtisası üzrə təhsil alıb. Tələbəlik illərində istintaq sahəsinə maraq göstərib, bu sahəyə aid çoxlu kitablar mütaliə edib. Təhsilini başa vurduqdan sonra Şirvan Şəhər Polis Şöbəsində zona üzrə ekspert-kriminalist kimi xidmət etməyə başlayıb. Daha sonra Salyan Rayon Polis Şöbəsində müstəntiq kimi xidmətini davam etdirib. 1990-2017-ci illərdə isə Neftçala Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi olub.

Ötən il təqaüdə çıxan Sadiq Abbasov Neftçala Rayon Polis Şöbəsi Veteranlar Şurasının sədridir. Gənc əməkdaşlara cinayətlərin açılmasında, xidmətdə üzləşdikləri çətinliklərin aradan qaldırılmasında yaxından kömək edir.

Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 282