Dünya
26.03.2018 / 11:51

Afrində kütləvi məzarlıq aşkarlandı - FOTO

Afrində kütləvi məzarlıq aşkarlandı -
Afrin şəhərinin Kiçik Meydan rayonunda iki il əvvəl PKK və PYD terrorçuları ilə döyüşlərdə öldürülən Azad Suriya Ordusunun döyüşçülərinin kütləvi məzarlığı aşkarlanıb.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, məzarlığının yeri barədə məlumat “Zeytun budağı” əməliyyatı nəticəsində ələ keçirilən terrorçuların dindirilməsi zamanı alınıb.

Dəqiq yeri üç günlük axtarışdan sonra müəyyən etmək mümkün olub.

Hazırda 59 meyitdən 29-nun şəxsiyyəti müəyyənləşdirilib. Qalıqların bir hissəsi Suriyanın şimalında Aazaz rayonunda yenidən basdırılıb.

Daha 30 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Azad Suriya Ordusu ilə terrorçular arasında döyüşlər 2016-cı ilin mayında Təl-Rifat şəhərindən şimalda Ayn Dakne yaşayış məntəqəsində baş verib.

Ayn Daknenin geri qaytarılması üçün hücuma keçən Azad Suriya Ordusu 80-ə yaxın döyüşçüsünü itirib.

Terrorçular onların meyitlərini qaytarmaqdan imtina ediblər.

Afrində kütləvi məzarlıq aşkarlandı -


Afrində kütləvi məzarlıq aşkarlandı -


İnform.az

Baxış sayı: 236