Dünya, Siyasət
26.03.2018 / 11:17

XİN: "Rusiyada yanğında ölən və yaralananların arasında azərbaycanlıların olub-olmaması araşdırılır"

XİN: "Rusiyada yanğında ölən və yaralananların arasında azərbaycanlıların olub-olmaması araşdırılır"Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

İnform.az XİN-in Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar.

Qeyd edək ki, 4 mərtəbəli "Zimnyaya vişnya" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb.

İnform.az

Baxış sayı: 103