Dünya, Texnologiya
26.03.2018 / 09:42

Lövhədə "Microsoft"un şəklini çəkdi, amma...- NƏ BAŞ VERDİ? (Foto)

Lövhədə "Microsoft"un şəklini çəkdi, amma...-

Afrikanın Qana Respublikasından olan 33 yaşlı informatika müəllimi Riçard Akoto dünya gündəminə düşüb.

İnform.az axşam.az-a istinadən bildirir ki, Riçard uzun müddət dərsləri kompütersiz keçən uşaqlar üçün maraqlı çıxış yolu tapıb. Belə ki, o, hər dəfə dərs zamanı “Microsoft Word” də daxil olmaqla, digər proqramları izah etmək üçün onların interfeysini lövhədə çəkib. Bu mənzərə isə qısa müddətdə sosial şəbəkələrdə yayılmağa başlayıb.

Dünyanın ayrı-ayrı ölkələrindən insanlar Riçarda və şagirdlərinə yardım etmək üçün müraciət ünvanlayıb. Bir ay sonra isə Britaniya universitetlərindən biri məktəbə ilk kompüteri bağışlayıb. Müxtəlif universitetlərdən daha 5 kompüter də məktəbə göndərilib. Akotonun özü üçün isə şəxsi noutbuk yollayıblar.

Sürprizlər bununla bitməyib. “Microsoft” şirkətindən Riçardla əlaqə saxlanılaraq onun məktəbində kompüter sinfi açılacağına söz verilib.

Riçardı şirkətin Sinqapurda keçirilən beynəlxalq konfransına da dəvət ediblər. Qana ictimaiyyəti isə Akotonu “Ölkənin ən yaxşı müəllimi” adına layiq görməyi təklif edib.

Riçard yeganə məqsədinin şagirdləri informatika üzrə yüksək imtahanlara hazırlaşdırmaq olduğunu deyib.

Lövhədə "Microsoft"un şəklini çəkdi, amma...-


Lövhədə "Microsoft"un şəklini çəkdi, amma...-


Lövhədə "Microsoft"un şəklini çəkdi, amma...-


Lövhədə "Microsoft"un şəklini çəkdi, amma...-


Lövhədə "Microsoft"un şəklini çəkdi, amma...-


Lövhədə "Microsoft"un şəklini çəkdi, amma...-


Lövhədə "Microsoft"un şəklini çəkdi, amma...-


İnform.az

Baxış sayı: 529