Baş xəbər, Hüquq
26.03.2018 / 09:15

"Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb"-Martın 24-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların da 42-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 212