Qarabağ, Hüquq
19.03.2018 / 19:00

Yenə də sıramızdadı

Yenə də sıramızdadı
Polis veteranlarına diqqət və qayğı hər zaman ölkə və DİN rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir.

Cinayətkarlıqla mübarizədə, ictimai-asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında ağsaqqal həmkarlarımızın xeyli zəhməti var.

İstefada olan polis polkovnik-leytenantı İsmayıl Gözəlov 1946-cı ildə dünyaya göz açıb. 1965-ci ildə Salyan rayon 2 saylı məktəbdə orta təhsilini başa vurub. Hərbi xidmət zamanı Sverdlovsk şəhərində zabitlər məktəbini oxuyub. 1968-ci ildə hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdıb.

Orta məktəbdə hərbi hazırlıq fənnini tədris edib. Sonradan Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul olub. Tələbəlik illərində bilik və bacarıqları ilə fərqlənib. 1977-ci ildən Salyan Rayon Polis Şöbəsində Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsində xidmətə başlayıb. 1983- 1996-cı illərdə rəis müavini, 1996-1998-ci illərdə Nəqliyyat Polisində Narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili olub. 2013-cü ildən Salyan Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədridir.

Torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən İ.Gözəlov 1992-ci il Ağdamın Abdal-Gülablı kəndində döyüş yoldaşlarının mühasirədən çıxarılmasında fərqlənib. Qubadlı, Laçın, Cəbrayıl bölgələrində gedən döyüşlərdə iştirak edib.

Atasının keçdiyi şərəfli xidmət yolunu oğlu İlkin Gözəlov da layiqincə davam etdirir. Salyan RPŞ-nin Post Patrul Xidmətində manqa komandiri vəzifəsində xidmət edir.

Yenə də sıramızdadı


Toğrul Nəsirli/Polis leytenantı

Baxış sayı: 253